Akif Təvəkküloğlu – 54

Dekabrın 1-də Milli Məclisin mətbuat katibi  Akif Təvəkküloğlunun 54 yaşı tamam olur. Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məkbəti 1979-cu ildə bitirib, əmək fəaliyyətinə İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub.

1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli və istetadı onu bu sahəyə gətirib. 1991-ci ildə başlayan jurnalist karyerasını sonradan televiziyada davam etdirib.

2006-cı ilədək  Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb.

2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir.

Akif Təvəkküloğlu Milli Məclisə mətbuat katibi təyin olunduğu gündən ali qanunverici orqanın mətbuatla işi tam açıq olub.

Ölkədəki dövlət qurumlarının mətbuat xidmətlərinin hansılarının jurnalistlərə açıq olduğunu müəyyənləşdirən sorğularda Milli Məclisin adı dəfələrlə ön sıralarda yer alıb. Bu məsələdə Akif Təvəkküloğlunun xidmətləri danılmazdır.
"Üç nöqtə" qəzeti və Ucnoqta.az saytı Akif Təvəkküloğlunu doğum günü münasibətilə təbrik edir.

Tarix
1 Dekabr [14:20]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

"Azadlığ"ın qiyməti 175 min avrodur? - Pul davası

Fond qəzetlərə maliyyə yardımı ayırdı- SİYAHI

Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlandı

Fondun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı

Azərbaycan KİV rəhbərləri Türkiyə Xarici İşlər Nazirliyində olublar

Azərbaycan KİV rəhbərləri Türkiyə Böyük Millət Məclisi və “Anadolu” Agentliyində olublar

“İstanbuldakı terroru dəstəkləyən alman müxbir Çeyz Vinter cəzalanmalıdır”

Əhməd Şahidov ATƏT-də məsələ qaldırıb

Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfəri davam edir

Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfər proqramı başlayıb

“Kaspi” qəzetinin 135 illiyi qeyd edilib

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.