Bakıda saxta pul satan xarici vətəndaşlar saxlanılıb

11:54 - 26 Noyabr 2016 - HADİSƏ

Bakıda saxta pul satan Gürcüstan və Ukrayna vətəndaşları saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Taleh Naibov və Ukrayna vətəndaşı Valentina Bilık 19 ədəd 500 avroluq saxta əskinası satarkən saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər xətti