Suriyada 2 türk hərbçisi yaralanıb

11:29 - 23 Noyabr 2016 - DÜNYA

Türkiyə Silahlı Qüvvələri tərəfindən 92 gündür davam edən "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror qruplaşmasının 108 mövqeyinə qurudan və havadan zərbələr endirilib.Trend-in DHA agentliyinə istinadən verdiyi məlumata görə, İŞİD-dən alınan ərazilər mina və əldəqayırma partlayıcı qurğulardan təmizlənib.
Ötən gün əməliyyatlar zamanı 2 türk hərbçisi yaralanıb. "Azad Suriya Ordusu"nun isə 4 üzvü həlak olub, 21-i xəsarət alıb.

Xəbər xətti