Azərbaycanın veteran cüdoçusu dünya üçüncüsü olub

10:38 - 21 Noyabr 2016 - İDMAN

ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində çıxış edən cüdoçu Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub. Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib. Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempioanatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.

Xəbər xətti