Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq

10:54 - 20 Noyabr 2016 - İDMAN

Turun son oyun günündə iki qarşılaşma keçiriləcək

 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk olaraq "Sumqayıt" doğma azarkeşlər önündə "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Komandalar turnir cədvəlin müvafiq olaraq 6 və 7-ci pillələrdə qərarlaşıb. "Neftçi" səfər qələbəsi sayəsində xal ehtiyatını 12-yə çatdıracaq. Nəticədə Bakı klubu "Sumqayıt"ı geridə qoyaraq "Kəpəz"lə xallarını eyniləşdirəcək. "Sumqayıt" isə qələbə qazanarsa, "Kəpəz"i qabaqlayaraq 5-ci pilləyə yüksələcək. Komandalar bugünədək 17 oyunda qüvvəsini sınayıb. Bu görüşlərin 10-u "Neftçi"nin, 5-i isə "Sumqayıt"ın üstünlüyü ilə başa çatıb. 2 oyunda isə qalib müəyyənləşməyib. "Sumqayıt" son iki matçda eyni – 2:1 hesablı qələbə qazanıb. "Neftçi" 10 oyundur meydanı qolsuz tərk etmir.
Günün və turun son oyununda isə "İnter" və AZAL komandaları qarşılaşacaq. "Bankirlər" 3 xal sayəsində "Qəbələ" və "Qarabağ"la xal fərqini 5-ə endirəcək və 3-cü pillədə möhkəmlənəcək. AZAL isə sonuncu pillədən xilas olmaq üçün xal ehtiyatını artırmalıdır. Komandalar 31 oyund üz-üzə gəlib. 13 dəfə "İnter", 5 dəfə isə AZAL qələbə qazanıb. 13 oyunda isə komandalar meydanı sülhlə tərk edib. AZAL son 12 oyunda qələbə qazana bilmir. Ardıcıl 5 ev oyununda xal itirməyən “İnter” bunların son dördündə qol da buraxmayıb.
Azərbaycan Premyer Liqası, XII tur
20 noyabr
14:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov 
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. "Kapital Bank Arena"
16:00. "İnter" - AZAL
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov 
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov 
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "İnter Arena"
Qeyd edək ki, turun ilk oyun günündə meydan sahibləri qələbə qazanıb. "Qəbələ" "Zirə"ni, "Qarabağ" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

Xəbər xətti