Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

11:14 - 19 Noyabr 2016 - İDMAN

 Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında qızıl medal qazanıb. "Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Rəcəbli mübarizəyə 1/4 final mərhələsindən başlayıb. O, əvvəlcə çexiyalı Yaroslav Banszelə 2 dəqiqə 20 saniyəyə ipponla qalib gəlib. Yarımfinalda finlandiyalı Yukka Laytinen cərimə xallarının çoxluğu üzündən məğlub edilib. Həlledici qarşılaşmada isə Rəcəbli rusiyalı Vladimir Markelovu 2 dəqiqə 33 saniyəyə ipponla üstələyərək, dünya çempionu olub.

Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi Arif Qasımov 100 kq çəki dərəcəsində 5-ci yerlə kifayətlənib. 

Xəbər xətti