Mənzildən 107 min dollar oğurlandı - Bakıda

10:10 - 18 Noyabr 2016 - HADİSƏ

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb. "Report"un xəbərinə görə, hadisə Bakının Xətai rayonu İsmayıl Məmmədov küçəsində yerləşən yeni tikilidə qeydə alınıb.

Belə ki, 1974-cü il təvvəllüdlü Həbib Babayev hüquq-mühafizə orqanlarına müraciət edərək evdə olmadığı müddətdə 107 min ABŞ dolları pulunun oğurlandığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti