Erməni silahlı bölmələri atəşkəs rejimini 15 dəfə pozub

10:54 - 14 Noyabr 2016 - ÖLKƏ İÇİ

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbər xətti