Ana səhifə
21 Oktyabr 2018

KİV-ə hərbi senzuranın tətbiqinin şərtləri açıqlandı

Azərbaycanda ehtiyac yarandıqda hərbi senzuranın tətbiq edilməsi təklif edilib və hərbi senzuranın nədən ibarət olması açıqlanıb. Milli Məclisdən verilən məlumata görə, bu, yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanunun 1.0.3 maddəsində əksini tapıb. Maddədə bildirilir ki, ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi senzura tətbiq edilir. Hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışma, televiziya və radio yayımına, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsindən ibarətdir. Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tarix
10 Noyabr 2016 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin