İstanbul aeroportunda atışma nəticəsində iki nəfər saxlanılıb

11:59 - 6 Noyabr 2016 - DÜNYA

 Gecə saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb. "Report" "CNN Türk"ə istinadən xəbər verir ki, əməliyyat zamanı polislə naməlum şəxslər arasında atışma olub. Nəticədə iki nəfərdən biri yaralanaraq, digəri isə polisin təqibindən sonra ələ keçib.

Polis və mülki şəxslər arasında yaralıların olmasına dair məlumat yoxdur.

Xəbər xətti