Çili sahillərində 5,9 bal gücündə zəlzələ baş verib

11:06 - 28 Oktyabr 2016 - Xəbər

Çili sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də qeydə alınıb. Zəlzələnin episentri San-Antonio şəhərindən 87 kilometr cənub-qərbdə, zəlzələ ocağı 14,8 kilometr dərinlikdə olub. Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Xəbər xətti