Almaniya sakinlərinin üçdə biri Rusiya ilə müharibənin başlanacağından ehtiyatlanır

11:02 - 28 Oktyabr 2016 - DÜNYA

Almaniya əhalisinin üçdə biri Rusiya ilə müharibənin başlanacağından ehtiyat edir. "Report" xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine" qəzeti Fors tədqiqat institutunun sorğusunun nəticələrinə əsasən xəbər yayıb. Məlumata görə, sorğuda iştirak etmiş respondentlərin 64 faizi Rusiya Federasiyası ilə müharibənin başlanacağından qorxmadıqlarını bildiriblər. Sorğunun nəticələri həmçinin göstərib ki, almanların 41 faizi Qərb ölkələri ilə Rusiyanın münasibətlərinin pis olduğunu düşünür. Əlli bir faiz respondent isə hesab edir ki, münasibətlər bir qədər yaxşıdır. Sorğuda iştirak edənlərin cəmi 6 faizi bu münasibətləri yaxşı adlandırıb. Almaniya əhalisinin 84 faizi kansler Angela Merkelin Rusiya prezidenti Vladimir Putinlə dialoq aparmasını doğru sayır. Əhalinin 14 faizi isə bunu mənasız hesab edir.

Xəbər xətti