Bəzi yollarda sıxlıq yaranıb - Bakıda

10:55 - 25 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bu dəqiqələrə Bakı şəhərinin Afiyyədin Cəlilov, Yusif Səfərov küçələri, Tibilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı) nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Ucnoqta.az-ın Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, həmçinin Ziya Bünyadov prospektindən (Ayna Sultanova istiqamətindəki körpünün üstü) hər iki istiqamətə doğru sıxlıq var.
Eyni zamanda, Neftçilər prospekti (Azneft dairəsi) istiqamətində də avtonəqliyyat nisbətən ləng hərəkət edir.

Xəbər xətti