Helikopter qəzası: 3 ölü

12:30 - 24 Oktyabr 2016 - HADİSƏ

Rusiyanın Zabaykalye vilayətində “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan 3 nəfər həlak olub. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu region quberniyasının mətbuat xidmətinin rəhbəri Lyudmila Mirkutova deyib. Xilasetmə əməliyyatları üçün qəza baş verən əraziyə Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 helikopter , 154 xilasedici və 29 ədəd texnika cəlb olunub.

Qeyd edək ki, helikopter oktyabrın 22-də axşam saatlarında havaya qalxıb. Helikopterdə pilot və 2 sərnişin olub. Sərnişinlərin Çita vilayətindəki “Darxan” şirkətinin rəhbəri və baş mühəndisi olduğu müəyyənləşib.

Xəbər xətti