Ronaldinyo: "Əvvəllər də Azərbaycan haqqında yaxşı sözlər eşitmişdim"

16:38 - 20 Oktyabr 2016 - İDMAN

 "Əvvəllər də Azərbaycan haqqında yaxşı sözlər eşitmişdim. Bu ölkədə braziliyalı futbolçuların oynadığını bilirdim. Təqribən 1,6 ay öncə biz "Qəbələ" ilə futbol məktəbimin Azərbaycanda açılması barədə danışıqlara başladıq. Bakıya dünən gecə saatlarında çatmışam. Hava limanından çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox bəyəndim. Bu gün də bura gəlmişəm. Tədbirdən sonra şəhərlə tanışlıq imkanım olacaq." "Report"un xəbərinə görə, bunu Bakıda səfərdə olan məşhur braziliyalı futbolçu Ronaldinyo keçirdiyi mətbuat konfransında deyib.

"Əsas məqsədim akademiyaya gələn uşaqların adımı eşidərək, məşqlərə daha ciddi yanaşmalarıdır. Onlar gələcəkdə böyük futbolçu olsalar, bu, mənim uğurum olacaq və buna da sevinəcəyəm. Onların böyük klublarda oynamaq imkanları olsa, buna kömək göstərəcəyəm. Allah mənə istedad verdi. Böyüyəndə hamıdan çox məşq edirdim. Bu da bəhrəsini verdi və bütün titulları qazandım" - məşhur futbolçu vurğulayıb.
O, "Qremio" klubunun azarkeşi olduğunu deyib və sevimli futbolçusunun adını da açıqlayıb: "Sevimli futbolçum Lionel Messidir".
Ronaldinyo jurnalistlərin suallarını cavablandırarkən isə "Əslində mən elə Pele və Maradona səviyyəsindəyəm... Düzü, hamının məni sevdiyini deyə bilmərəm. Amma bəlkə də ona görə ki, gözəl futbol oynamışam, öz oyun stilim olub. Buna görə də bütün ölkələrdə məni sevirlər", - deyib.

Xəbər xətti