Masallıda 69 yaşlı kişini maşın vuraraq öldürüb

12:45 - 13 Oktyabr 2016 - HADİSƏ

 Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bədalan kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Zamin Fərzullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 69 yaşlı Feyruz Babayevi vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti