Tonqa sahillərində zəlzələ baş verib

08:58 - 1 Oktyabr 2016 - DÜNYA

 Şənbə günü Tonqa dövləti sahillərində 5,3 bal gücündə zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Eua adasında yerləşən Oxonua yaşayış məntəqəsindən 246 km. cənubda yerləşib. Zəlzələnin ocağı 57,6 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Tonqa Krallığı eyniadlı arxipelaqın 172 adasında yerələşn Sakit okean dövlətidir. Əhalisinin sayı təqribən 100 min nəfərdir.

Xəbər xətti