"Qarabağ"ın zədəliləri geri qayıdıb

15:07 - 22 Sentyabr 2016 - İDMAN

"Qarabağ" futbol klubu Premyer Liqanının V turunda “Zirə” ilə qarşılaşmada zədələnərək matçı yarımçıq tərk edən Muarem Muarem və  Əfran İsmayılovun vəziyyətinə aydınlıq gətirib.Klubun rəsmi saytında verilmiş xəbərə görə, hər iki futbolçunun zədəsi ciddi deyil və dünəndən etibarən komandayla məşqdə iştirak ediblər.
Digər zədəli futbolçu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdıraraq kollektivlə çalışmalara başlayıb.

Xəbər xətti