Hava şəraitinin dəyişəcəyi barədə XƏBƏRDARLIQ

14:17 - 22 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Sentyabrın 24-dən 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək, gündüz saatlarında 20-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 23-ü gündüzdən 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər xətti