Referendum 5627 seçki məntəqəsində keçiriləcək

17:01 - 21 Sentyabr 2016 - Cəmiyyət

Azərbaycanda ümumxalq səsverməsi 5627 seçki məntəqəsində keçiriləcək.APA-nın məlumatıma görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. 
O bildirib ki, referendumla bağlı 34 ölkəni təmsil edən 90 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. M. Pənahov əlavə edib ki, seçki prosesini izləmək üçün 53300 yerli müşahidəçi qeydiyyata alınıb: "Bunlardan 1097-si MSK-da, qalanları isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib".

Xəbər xətti