Göyçayda kütləvi zəhərlənmənin səbəbi bəlli oldu

14:58 - 21 Sentyabr 2016 - Xəbər

İki gün əvvəl Göyçayın Qaraməryəm kəndinə baş verən kütləvi zəhərlənmənin dəqiq səbəbi bəlli olub.Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, toy mərasimində istifadə olunan qida qalıqlarından götürülmüş nümunələrin laboratoriya nəticələrinə görə, toyda istifadə edilmiş  bişmiş mal əti, soyutma mal ətində, dilimlənmiş pendirdə, kələm və yerkökülü turşuda bağırsaq çöpləri aşkarlanıb.
Bundan başqa, mal ətində listeriya, stafilokok aureus,  proteylər aşkarlanıb. Dilimlənmiş pendirdə də proteylər ortaya çıxıb.
İ. Abdullayev bildirib ki, bütün bunların hamısı birbaşa qida zəhərlənməsinə səbəb olan amillərdir.
Qeyd edək ki, Göyçayın Qaraməryəm kəndində keçirilmiş “palatka” toylarından birində 22 nəfər qidadan zəhərlənmişdi.

Xəbər xətti