"Neftçi"də üç nəfər istefaya göndərildi

"Neftçi" PFK rəsmi məlumat yayıb. Klubun saytında verilmiş məlumata görə, əsas komandanın son oyunlardakı uğursuz nəticələrini, Müşahidə Şurasının 28.08.2016-cı il tarixdə keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarlarını, eyni zamanda 09.09.2016-ci il tarixdə klubun səhmdarları ilə keçirilmiş görüşdə bu qərarların ən qısa zamanda yerinə yetirilməsi barədə nəticəyə gəlinməsini nəzərə alaraq, "Neftçi” PFK aşağıdakı qərarları qəbul edib:

- Vəli Qasımov "A” komandanın baş məşqçisi vəzifəsindən azad edilsin;

- Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilsin;

- Mübariz Xudiyev klubun icraçı direktorunun idman məsələləri üzrə müavini vəzifəsindən azad edilsin;

- İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilsin.

"Neftçi” yuxarıda adları sadalanan şəxslərə klubdakı fəaliyyətinə görə təşəkkürünü bildirir və onlara gələcək karyeralarında uğurlar arzulayır.

Yeni təyinatlarla bağlı məlumat yaxın zamanda elan olunacaq.

Tarix
14 Sentyabr 2016 [15:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-09-14 15:23:54
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin