Urmiya gölündən Aral gölünədək uzanan yaxın və uzaq tariximiz

18:39 - 9 Sentyabr 2016 - KİVDF

Qaraqalpaqlar qarapapaqları öz əqrabaları sayır


Qaraqalpaq türkləri olan bu qıpçaq xalqının hazırda daşıdığı adın haradan və nə vaxt peyda olması məsələsini araşdırmağa çalışaq. Berdahın «Şəcərə»sinə inanası olsaq, əsərin qəhrəmanlarından biri olan Malikin oğlu Razıhaq qocaldığında başına qara rəngli qalpaq qoymağa başlamış və məhz bundan sonra «qaraqalpaq» etnonimi yayğınlaşmağa başlamışdır. Belə hesab edilir ki, bu adı qıpçaqlara Şərq beçenekləri vermişlər. Fikrimizcə, bu XII əsrdən gec baş verə bilməzdi. Çünki həmin əsrdə ərsəyə gəldiyi bilinən «İqor polku haqqında dastan» (1146-cı il) onları «çyornıye kolobuki», yəni «qaraqalpaq» kimi Kiyev çölləri yaxınlığında qeydə almışdır. Bu, həmin dövrdə sözügedən xalqın Cənubi Rus çöllərinin, eləcə də Volqa və Ural çayları arasının sakinləri olduğunu və belə görünür ki, Noqay Ordası dövründə də elə həmin ərazilərdə yaşadığını söyləməyə əsas verir.
Həmin dövrdə Kiyev dövlətində türklərin çoxluq təşkil etdiyini diqqətə çatdıran D. Rassovski qaraqalpaqların kumanları bu ərazidən sıxışdırdıqlarını, nəticədə bu iki qıpçaq qövmü arasında qəddar düşmənçiliyin baş qaldırdığını yazır. Belə hesab edilir ki, qaraqalpaqlar XlI-Xlll əsrlərdə qıpçaqlarla birlikdə tatarlara (mogollara) tabe olmuşlar.  Ərəb mənbələri əski rus qaynaqlarında «çyornıye klobuki" kimi qeydə alınmış qaraqalpaq türklərini «qarabörkli» kimi yad edir. Rəşidəddin qaraqalpaqları "Kavm-i külah-i siyah" (qara qalpaq geyən qövm), ərəb müəlliflərindən Ən-Nüveyrri isə «Altın Orda qıpçaq qəbilələri arasında bulunan qarabörkli qövmü» adlandırır.
Rus salnamələrinə görə, bu xalq uzlar, beçeneqlər ve xəzərlərlə eyni və ya yaxın bir qövmdür. Rəvayətlərin birindən belə aydın olur ki, qaraqalpaqların bir qismi XI əsrdə Səlcuqluların güney və batıya doğru gerçəkləşdirdikləri yürüşlərində iştirak etmişlər.
Qaraqalpaqların hazırda öz aralarında beş oymaqdan ibarət olduqlarının söyləyən, bu oymaqları  Kara-Koylu, Kara-Singir, Oymavut, İstek, Açamaylı  kimi sıralayan S. Yılmaz onların Amu-Dərya deltasında və Səmərqəndin şimalında,  "Ak-Təpə"də yerləşdiklərini, əldə olan sənədlərə əsasən qaraqalpaqların yalnız XVIII-XIX əsrlər tarixini tədqiq etməyin mümkün olduğunu bildirməkdədir. Alimin sözlərinə görə, Rusiya imparatoru I Pyotr yaxın «adamlarından İvan Bucholtz ilə Alexander Bekovic Cərkəskiyi xəbərini aldığı qızıl yataqlarını tədqiq etmək üçün Orta Asiyaya göndərmişdir. Onların bu səfərində Xivə xanı bunlara qarşı döyüşmüşdü. Rus hücumları və sayılarının artması səbəbindən hərəkətə keçən başqirların, qazaxların və qaraqalpaqların xanı seçilən Murat Xan, öncə kalmıklar və kazaklar Ilə ittifaq qurmaq istəmiş, bu alınmadıqda isə İstambula yardım almaq üçün getmişdi. Xan oradan da əliboş dönmüşdü. Qafqazın Kuban bölgəsində topladığı kiçik bir qüvvə ilə 1708-ci ildə  Şeremetev rəhbərliyində Rusiya ordusu ilə döyüşlərdə məğlub oldu. Özü isə ruslar tərəfindən öldürüldü. Uzun zaman səssiz qaldıqdan sonra qaraqalpaqlar 1811-ci ildə Xivə xanın tabeliçiliyinə keçmişlər. Dəfələrlə üsyan qaldırmışlar. Bu ayaqlanmaların, yəni üsyanların səbəbi, çox gümün ki, ağır vergilər olmuşdur: «Yenə 1859-cu ildə üsyan etmiş, Fəqət Xivə xanı Seyid Məhəmməd (1856-1865) bu üsyanı yatırmışdı. Seyid Məhəmməd Xan Xıvədəki xalqın Rusiya təsirinə düşməməsi üçün bəzi tədbirlər görüb və üsyan yatırdıqdan sonra, öldürülən hər rusa görə, bir ödül (100 tille) veriləcəyini elan etmişdi. Lakin onun bu təklifi maraq görməmişdi. Daha sonra rus gəmilərinin Amudərya çayına girməmələri üçün çayın bəzi yerlərində qala tikdirmişdi. 1863-cü ildə qaraqalpaqlar Sırdərya bölgəsinə köçmək üçün Rusuyadan dəstək istəmişdi. Lakin yardım almadılar. 1873-cü ildə ruslar Xivəyə girdikdə, xalq onlara yardım etmişdi. Rusiya ilə Xıvə xanlığı arasındakı razılaşmaya görə, qaraqalpaqlar Rusiya hakimiyyətinə keçirlər. Beləliklə, qaraqalpakların indi yaşadıqları ərazilərə XIX əsrdə köçdükləri anlaşılır. N. Tağısoy məsələyə bir qədər fərqli baxsa da, o da təqribən eyni fikirdədir. O yazır ki, «Qaraqalpaqların etnogenezi Sırdərya və Aral ətrafı düzənlik və deltalara yayılmış qəbilələrin bu ərazilərə məskunlaşması ilə bağlıdır. XVI əsr və XVII əsrin ortalarında qaraqalpaqların böyük bir hissəsi Sırdəryanın orta və aşağı axarında yerləşmişdir. Onlar əsasən bu dövrdə yarımköçəri həyat tərzi keçirir, əkinçiliklə, heyvandarlıqla, balıqçılıqla məşğul olurdular. XVIII əsrin ortalarında qaraqalpaqların əsas hissəsi Sırdəryadan Janıdərya deltasının qərb qolu hissəsində yerləşməyə başlayıb, XIX əsrin əvvəllərində qaraqalpaqların Amudərya deltasında yerləşməsi sona yetib». Alimin sözlərinə görə, XIX əsrin II yarısında Amudəryanın sağ sahilində olan ərazilər ruslar tərəfindən işğal olunmuşdur. «Burada Türküstan general qubernatorluğunun Sırdərya vilayətinin tərkibinə daxil olan Amudərya şöbəsi yaradılmışdı. Amudərya şöbəsi 1920-ci ildə Türküstan Muxtar Sovet Sosialist Respublikasının Amudərya vilayətinə çevrilmişdir. 1924-cü ildə burada Qazaxstan Sovet Sosialist Respublikasının tərkibin ə daxil olan Qaraqalpaq Muxtar vilayəti yaradılmışdır. Sonra Muxtar Vilayət 1930-cu ildə RSFSR-in tərkibinə daxil edilmişdir. 1932-ci ildə bu Muxtar vilayət Qaraqalpaqstan Muxtar Respublikasına çevilmişdir. Qaraqalpaqstan 1936-cı ildə Özbəkistanın tərkibinə verilmiş, 1993-cü ildə isə Qaraqalpaqstan Respublikasına çevrilmişdir».
S. Yılmaz yazır ki, «Karakalpakca Kıpçak grubunun Kıpcak-Nogay As bölümündendir». Bu məlumatın bizim üçün çox böyük əhəmiyyəti var. Belə ki, sözügedən türk boyunun soy damğasına Gəmiqayada rast gəlinmişdir  ki, bu da qaraqalpaqların öz etnogenezinin ilkin mərhələlərindən birini Qafqaz, o cümlədən Azərbaycan ərazisində keçirdiyini bir daha təkzibedilməz şəkildə sübut edir.  Maraqlıdır ki, rus salnamələrində «çornıye klobuki»lər, yəni qaraqalpaqlar bəzən «çərkəz» adı ilə yad edilir. Bu isə bir daha onların formalaşma tarixinin Qafqazda keçdiyinə dəlalət edir. Burada S. Yılmazın aşağıdakı qeydinə də xüsusi diqqət yetirmək lazımdır: «Çox ilginctir ki 30 iyul 1996-cı ildə Qaraqalpaqıstanda səfərim zamanı bilim adamları  Türkiyədə  də qaraqalpak olduğunu söylədiklərini eşitdım. Bunun səbəbi qaraqalpaqlarla, qarapapaqların qarışdırıldığını gördüm. Halbuki Türkiyənin Kars  Ardahan, Çıldır, Arpacay bölgələrində yaşayan qarapapaqlar Azərbaycan məniəlidir". 
Bu qeyddən göründüyü kimi, qaraqalpaqlar qarapapaqları öz əqrabaları saymaqdadırlar. N. Tağısoyun fikrincə, «qarapapaqlar da türk qəbilələrindən biri olmaqla, əvvəllər qara qoyun dərisindən papaq geyinirdilər (türk dilində “papaq” və “qalpaq” eyni sözü ifadə etməkdədir). Buna görə də «qarapapaq» v ə «qaraqalpaq» etnonimləri bir-birinin sinonimidir. Bundan başqa türk dilində bu günə qədər «papaq» və «qalpaq» sözü ilə bərabər «börk» sözü də işlədilir. Buna nümunə kimi Azərbaycan Respublikasının Ucar rayonunda Bakı-Tbilisi avtomobil yolunun üstündə «Qara börk» adlı yaşayış məskəni olan kəndin adını qeyd etmək mümkündür. Hər ehtimala qarşı bu kəndin adı da elə qarabörklü qəbil əsinə aid edilməlidir. Qarapapaqlar tarixi kökləri etibarilə «basıl», «barsıl», «barsil», «barçıl», «barçel», «barçula», «borçalı» etnoniminə gedib çıxır. Bu komponentlər həm də «kas-at», «kaz-ar», «kaz-ak», «xaz-ar» etnonimləri ilə xeyli ümumi nöqtələrə malikdir. V.Minorskinin, F.Kırzıoğlunun və Z.Bünyadovun fikrincə qarapapaqlar həm də qıpçaq kökünə ba ğlıdırlar».

Xəbər xətti