Ən aşağı qiymətlərin olduğu ilk 10 ölkə siyahısında - Azərbaycanda var

11:55 - 7 Sentyabr 2016 - İQTİSADİYYAT

Azərbaycanda daxili reyslər, eləcə də Azərbaycandan digər ölkələrə reyslər üzrə qiymətlər dünyada ən aşağı qiymətlərdən biridir.

Bu barədə "Daily Mail" Kiwi.com turizm servisinə istinadən məlumat verir.
Ekspertlər dünyanın 75 dövlətinin reytinqini hazırlayaraq onları daxili və beynəlxalq reyslərdə 100 kilometr uçuşa görə orta hesabla qiymət göstəricisi üzrə müqayisə ediblər.
Azərbaycan adi tariflə 100 kilometrə görə 6,25 dollar və aşağı büdcəli reys üzrə 3,2 dollarla siyahıda 8-ci olub.

Xəbər xətti