AFFA UEFA prezidentliyinə namizədini açıqlayıb

14:14 - 6 Sentyabr 2016 - İDMAN

 Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA prezidenti vəzifəsinə seçkilərdə hazırda Sloveniya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışan Aleksander Çeferinin namizədliyini dəstəkləyir.  "Report"un məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı vasitəsilə yayılan açıqlamada bildirilir.  
Qeyd olunur ki, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi bu il sentyabrın 14-də, Yunanıstanın paytaxtı Afinada keçiriləcək seçkidə Aleksander Çeferinə səs verəcəyi barədə qərar qəbul edib.

Xəbər xətti