Daha əvvəl beş dəfə məhkum olunan şəxsdən narkotik götürülüb

11:11 - 6 Sentyabr 2016 - HADİSƏ

Qax polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala şəhər sakini həbs edib.

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan 1974-cü il təvəllüdlü Arif Məhəmməd oğlu Mahumayev şübhəli şəxs qismində saxlanılıb. Arif Mahumayevin üzərində aparılan axtarış zamanı ondan 0,356 qram ağır narkotik vasitə hesab olunan heroin aşkarlanaraq götürülüb.
Məlumatda bildirilir ki, o, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün ayrı-ayrı vaxtlarda beş dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Xəbər xətti