300 kq at əti satan şəxs saxlanıldı - VİDEO

14:04 - 5 Sentyabr 2016 - ÖLKƏ İÇİ

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayından sentyabr ayına kimi 3 dəfə qanunsuz at ətinin satışı ilə məşğul olmuş şəxs saxlanılıb.

Kanal S (Region TV) xəbər verir ki, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu gizlin şəkildə qanunsuz olaraq rayonun Qarabaş qəsəbəsinin yanında yerləşən fermanın damı altında 3 baş at kəsərkən tutulub.
300 kq-a yaxın at əti müsadirə olunub və İsmayıllı rayon Baytarlıq İdarəsinin əməkdaşlarına təhvil verilib. Ət müayinə üçün Respublika Dövlət Baytarlıq Laboratoriyasına göndərilib. Laborator müayinələrdə at ətinin heyvan qidası üçün yararlı olub-olmadığı yoxlanılacaq, nəticə müsbət olarsa Bakı Heyvanat Parkına göndəriləcək.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


 

Xəbər xətti