Əcnəbi və vətəndaşlığı olmayan şəxslər İslama aid ayinlər icra edə bilməyəcəklər

13:46 - 5 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycanda İslam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparılması qadağan edilir və buna görə cəza tətbiq olunur.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 168-1.1-ci maddəsinə əlavələr təklif edilir.
Əlavəyə əsasən, xaricdə dini təhsil alanlarla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də Azərbaycanda İslam dininə aid ayinlərin və mərasimlərin həyata keçirmələri qadağan olunur. Buna görə, 2 000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.
Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Xəbər xətti