Sabaha olan hava proqnozu açıqlanıb

12:49 - 5 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Sabah, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 25-28 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti