Sabaha olan hava məlumatı

15:48 - 3 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə  19-22, gündüz  25-29, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq.Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz  25-30, dağlarda gecə 8-13, gündüz  18-23 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti