Xaçmazda bir neçə kəndi su basıb –3 nəfər xilas edilib

13:23 - 2 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Ötən gün axşam saatlarında şimal regionuna yağan yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, Qaraçayda suyun səviyyəsinin artması nəticəsində rayonunun Qarğalıq kəndini su basıb. Qarabağlı kəndində də yaşayış evlərinə su dolub.Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib. Dəyən ziyanın aradan qaldırılması və araşdırılması işləri görülür.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Niyazabad kəndində yağan leysan yağışları nəticəsində həyətyanı sahələri su basması və 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər.

Əməliyyat saat 08:00-da başa çatıb.


Xəbər xətti