Özbəkistan prezidenti xəstəxanaya yerləşdirilib

17:47 - 28 Avqust 2016 - DÜNYA

 Özbəkistan prezidenti İslam Kərimov stasionar müalicə olunur. Bu barədə Özbəkistan Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir.
"Özbəkistan Respublikası Nazirlər Kabineti xəbər verir ki, Özbəkistan Respublikasının prezidenti İslam Kərimov stasionar şəkildə müalicə olunur", - deyə məlumatda qeyd olunur.

Mütəxəssislərin fikrincə, prezidentin tam tibbi müayinəsi və sonrakı müalicəsi müəyyən zaman tələb edəcək.report

Xəbər xətti