"Ürəyimiz də, canımız da hazırda “Qarabağ” və “Qəbələ”nin yanındadır"

15:41 - 2 Avqust 2016 - İDMAN

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev avrokuboklarda mübarizəni davam etdirən klublarımızın - “Qarabağ” və “Qəbələ”nin qarşıdakı matçları haqda danışıb.Futbolxeber.az-ın xəbərinə görə, təcrübəli mütəxəssis hər iki klubumuzun mərhələ adlamasını istədiyini söyləyib:
“Çox istəyirəm ki, həm “Qarabağ”, həm “Qəbələ” mərhələ adlasın. Bu, təkcə adıçəkilən komandaların yox, bütün klubların, Azərbaycan futbolunun xeyrinə olacaq. Klublarımızın Avropadakı uğuru futbolumuzun inkişafına müsbət təsir edəcək. Klub rəhbərlərinin futbola baxışı da yaxşıya doğru dəyişəcək. Ürəyimiz də, canımız da hazırda “Qarabağ” və “Qəbələ”nin yanındadır. “Qarabağ” və “Qəbələ” indi təkcə özlərinin deyil, ümumiyyətə Azərbaycan futbolunun taleyini həll edirlər. Çox istəyirik ki, “Qarabağ” “Viktoriya Plzen”, “Qəbələ” isə “Lill” oyunda uğurlu çıxış etsin. İnanıram ki, klublarım bizi sevindirəcəklər. Onların mərhələni keçmək şansları rəqibdən daha çoxdur”.

Xəbər xətti