Türkiyədə Akıncı hərbi hava bazası bağlanacaq

 Türkiyə Silahlı Qüvvələrinin sərəncamında olan Akıncı hərbi hava bazası bağlanacaq. 
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankaranın Kazan rayonunda vətəndaşlarla görüşərkən bildirib.  
Onun sözlərinə görə, hərbi baza ölkədə dövlət çevrilişi cəhdinin qarşısını alarkən həlak olan vətəndaşların xatirəsinin yaşadılacağı məkana çevriləcək: "Həmin gün Ankara və İstanbulda tankların küçələrə çıxarıldığı, helikopterlərin havaya qaldırıldığı bütün hərbi hissələri bağlayırıq. Axı tankların şəhər mərkəzlərində nə işi var? Düşmən olduğu yer məlumdur, Ankara və İstanbulda deyil". 
Qeyd edək ki, Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhd göstərən bir qrup hərbçi Akıncı hərbi hava bazasından qərargah kimi istifadə edib. 

Tarix
29 İyul 2016 [16:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-07-29 16:21:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin