Ankarada daha 117 hərbçi həbs olunub

 Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdinin ardından Ankara Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan daha 117 hərbçi həbs olunub."Report" "Anadolu"ya istinadən xəbər verir ki, polisdəki proseslərin ardından Ankara Ədliyyəsinə gətirilən və prokurorluq tərəfindən dindirilmələri başa çatan, aralarında zabitlərin də olduğu 158 hərbçidən 157-si həbs olunmaları tələbilə Sülh Cəza Hakimliyinə aparılıb.

Bir hərbçi isə prokurorluq dindirilməsindən sonra sərbəst buraxılıb. Hərbçilərin 117-si məhkəmə zalında həbs olunub. Şübhəlilərdən 22 nəfəri nəzarət olunmaq şərti ilə azad edilib. Digər 18 hərbçinin məhkəmə prosesi sabah davam etdiriləcək. Həbs olunan hərbçilər arasında Prezident Qvardiya Alayından zabitlərin də olduğu qeyd edilir.

Tarix
29 İyul 2016 [08:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-07-29 08:07:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin