Azərbaycan HDQ Dəniz Kuboku-2016 yarışmasında iştirak edəcək

16:42 - 22 İyul 2016 - Xəbər

 Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) Dəniz Kuboku-2016 yarışmasında iştirak edəcək."Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, yarışlar avqustun 1-dən 12-dək xüsusi quraşdırılmış döyüş hazırlığı poliqonunda, eləcə də Kaspiyskdəki (Dağıstan) Xəzər təlim-məşq kompleksində keçiriləcək.
Yarış iştirakçıları artilleriya qurğularında hərbi atışlar, lövbərin quraşdırılması və yuxarı çəkilməsi, verilmiş marşrutları maksimum sürətlə keçid və qəza vəziyyətində olan gəmiyə yardım göstərilməsi tədbirləri üzrə mübarizə aparacaq.
Yarışda həmçinin Rusiya və Qazaxıstan HDQ iştirak edəcək.

Xəbər xətti