Gömrükçülər külli miqdarda siqaret aşkarladı

15:32 - 22 İyul 2016 - Xəbər

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı qurğunun nəzarət monitorunda avtomobilin yük yerində fərqli görünüşdə və formada naməlum predmetlərin olduğu müşahidə edilib. Avtomobilə keçirilən əsaslı baxış zamanı nəqliyyat vasitəsinin yük yerində - döşəmənin altında  malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük  nəzarətindən gizlədilən 42 000 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti