​AZAL və “Ural Hava Yolları” Qəbələ-Moskva aviareysinin kod-şerinqi barədə razılığa gəlib

14:36 - 22 İyul 2016 - Xəbər

 İyulun 31-dən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Rusiyanın “Ural Hava Yolları”aviaşirkəti Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birgə reysləri yerinə yetirməyə başlayacaq.
AZAL-ın mətbuat xidmətindən “Report”a bildirilib ki, birgə istismar haqqında sazişə (code-share agreement) əsasən, “Ural Hava Yolları”nın bu hava xətti ilə reysləri hər iki aviaşirkətin kodları altında təşkil ediləcək.
Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək.
“Domodedovo” (DME) Beynəlxalq Hava Limanından uçuş - Moskva vaxtı ilə səhər saat 11:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - yerli vaxtla saat 15:15-də, Qəbələdən uçuş - saat 16:25-də, “Domodedovo” Hava Limanına enmə - yerli vaxtla saat 18:20-də olacaq.
Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu “Airbus A320” laynerləri ilə həyata keçiriləcək.

Xəbər xətti