Ədliyyə naziri: "Dövlət çevrilişinə cəhd göstərənlər Ankarada mühakimə ediləcəklər"

13:45 - 22 İyul 2016 - DÜNYA

 "Türkiyədə dövlət çevrilişinə cəhd göstərənlər Ankarada mühakimə ediləcəklər". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Bekir Bozdağ bildirib. Onun sözlərinə görə, məhkəmə proseslərinin keçirilməsi üçün Sincan rayonu seçilib: "Türkiyədə xeyli sayda saxlanılan və barələrində həbs qətimkan tədbiri seçilən insanlar var. Onların məhkəmə proseslərinin keçirilməsi üçün də böyük salonlara ehtiyac var. Ona görə də Sincan rayonunu seçdik. Məhkəmə prosesləri uzun müddət davam edə bilər". 

Nazir deyib ki, məhkəmə bütün dəlilləri araşdırdıqdan və müdafiə tərəflərini dəyərləndirdikdən sonra qərar verəcək: "Qurunun yanında yaşın yanması narahatçılığı məndə də var. Bunun qarşısını isə yalnız məhkəmə ala bilər. Mən məhkəmə sistemimizin bunu ayırd edəcəyinə və günahsızların cəza almaması üçün əlindən gələni edəcəyinə inanıram".

Xəbər xətti