Media nümayəndələri Fəxri xiyabanda -FOTO

11:35 - 22 İyul 2016 - Xəbər

İyulun 22-də Milli Mətbuat Günü ilə əlaqədar bir qrup media nümayəndəsi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.Azərtac-ın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra media nümayəndələri Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyub, böyük mütəfəkkirin xatirəsi anıblar.


Xəbər xətti