Azərbaycanda bir gündə 7 nəfər dənizdə boğulub

12:02 - 21 İyul 2016 - Xəbər

Azərbaycanda bir gündə 7 nəfər dənizdə boğulub. Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, iyulun 20-də Bakı şəhər sakinləri Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Şabran rayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində çimərkən boğulublar.

Nazirlikdən bildirilib ki, 6 nəfərin meyiti sudan çıxarılıb. Orxan Əliyevin meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Xəbər xətti