"Qarabağ" ÇL-nin üçüncü mərhələsində

22:12 - 20 İyul 2016 - İDMAN

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. "Qarabağ" Lüksemburqda "Düdelanj"lın qonağı olub. Bakıda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab qarşılaşmasında heç-heçə edib - 1:1. Bu nəticə ilə Ağdam klubu növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

20 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu

20:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:1 

Qollar: Ndaye, 72 (1:0), Reynaldo, 90+4 (1:1)
Reallaşdırılmayan penalti: Turpel, 37 ("Düdelanj") - qapıçı
İlk oyun - 0:2
Baş hakim: Kevin Klansi 
Köməkçi hakimlər: Stevenson Styuart və Karr Sin  
Dördüncü hakim: Robertson Donald (hamısı Şotlandiya)
"Jos Nosbaum" stadionu.

Xəbər xətti