Türkiyə səfiri Avstriya XİN-ə çağırılıb

11:07 - 21 İyul 2016 - DÜNYA

 Avstriya hökuməti Vyanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərlə əlaqədar Türkiyənin ölkədəki səfirindən izahat tələb edib."Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ORF radiostansiyasına müsahibəsində bildirib ki, Türkiyə səfiri Vyanada dövlət çevrilişinə cəhddən sonra R.T.Ərdoğana dəstək məqsədilə keçirilən böyük aksiyanın rəsmi İstanbulun çağırışı ilə olub-olmadığını izah etməli olacaq.
"Bizdə Vyanada Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərin birbaşa Türkiyədən təşkil olunmasına dair sübutlar var... Bu, tamamilə yolverilməzdir və biz etirazımızı bildirmək istəyirik", - deyə S.Kurts bildirib.

Xəbər xətti