Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

18:04 - 20 İyul 2016 - Xəbər

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Türkiyənin Azərbaycandakı Səfirliyində olublar. 
Ə.Amaşov Türkiyədə dövlət çevrilişinə cəhd gedişində çoxsaylı insan tələfatı ilə müşaiyət olunan hadisələrdən təəsüfləndiyini bildirib, kədərini ifadə edərək başsağlığı verib. MŞ sədri Azərbaycan xalqı kimi, Azərbaycan mediasının da Türkiyənin legitim hakimiyyətini dəstəklədiyini bildirib, qardaş ölkənin dövlətçilik maraqlarının təhdid olunmasının yolverilməzliyini vurğulayıb. 
Ə.Amaşov və Türkiyənin Azərbaycandakı Səfiri İsmail Alper Çoşkun Azərbaycan və Türkiyənin möhkəm təməllərə əsaslanan dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin bu günkü durumu, həmçinin hər iki ölkə mediasının perspektiv əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar. 

Xəbər xətti