Abbas Mirzə islahatlar vasitəsi ilə ordunu gücləndirməyə üstünlük verirdi

19:29 - 20 İyul 2016 - KİVDF

Azərbaycan tarixində mühüm yer tutan Qacarlar nəsli Azərbaycan dövlətçiliyi, tarixi üçün çox görkəmli şəxsiyyətlər yetişdirib. Onlardan tarixə öz şərəfli imzalarını atmış şəxslər çoxdur. Belə tarixi şəxsiyyətlərdən biri Abbas Mirzə Qacardır…
Rusiyanın Şərqə doğru genişləmə siyasəti gec-tez Azərbaycan ordusu ilə yeni savaşları başladacaqdı. 1813-cü ildə Rusiyanın üstünlüyü ilə imzalanan Gülüstan müqaviləsi sadəcə müharibənin müvəqqəti olaraq durmasına səbəb oldu. Ancaq 1825-ci ildə bu atəşkəs vəziyyətini bir neçə il də uzatmaq mümkün oldu. Savaşın 10-15 il ertələnməsi Şahzadənin öz islahatlarını Azərbaycanda tam gerçəkləşdirə bilməsi üçün bir şans idi. Bu üzdən də Şahzadə barışdan yana idi. Baxmayaraq ki, Gülüstan müqaviləsi onun qüruruna toxunmuşdu, lakin yenə də islahatlar vasitəsi ilə ordunu güclənməyə üstünlük verirdi. 1826-cı ildə İmperator I Aleksandrın ölümü ilə sülhün davam etməsi üçün uyğun vəziyyət yaranmışdı. İmperatorun gənc qardaşı I Nikolay qanlı dekabr günləri olaraq bilinən böyük çatışmadan sonra iqtidara gəldi. Rusiyanın yeni imperatoru ilk dövrlərdə müharibə tərəfdarı deyildi. Xüsusiləə onun iqtidara gəlişi ilə Yermolovun Qafqazdan geri çağrılacağı gözlənilirdi. Çünkü yeni imperator Yermolovu heç sevmirdi. Hətta ölən imperator zamanında da Yermolov Qafqaza hakim olmasını Arakçeyevə borclu idi. Arakçeyev, I Aleksandra ən yaxın olan dövlət adamı idi. Lakin zaman keçdikcə müharibə qaçınılmaz bir vəziyyətə gəldi. Həm də elə bir dövrdə müharibə qoxusu yaranmağa başlamışdı ki, Qacar dövlətinin dünyada heç bir müttəfiqi yox idi. 1824-1825-ci illərdə Abbas Mirzə, Tehranda ona qarşı yönəlmiş müxaliflərin çox gücləndiklərini müşahidə edirdi. Digər tərəfdən, Gülüstan müqaviləsindəsərhədlər qəti olaraq müəyyən edilməmişdi. Göyçayla Ərdəbil arası tampon (neytral) bölgə kimi nəzərdə tutulmuşdu. Bu da Abbas Mirzəni çox narahat edirdi. Şahzadə sərhəddin bəlli olmasını istəyirdi. Lakin onun bu davranışı öz-özülüyündə daha güclü durumda olan Rusiyanın müharibəyə başlatması üçün bir bəhanə ola bilərdi. Şahzadə bunun fərqində idi. Abbas Mirzə bilirdi ki, ona qarşı şəxsi kin bəsləyən Qafqaz hakimi ilə müzakirəyə başlamaq çətin məsələdir. Abbas Mirzə Gürcüstana bir heyyət göndərib və Rus məmurlarından sərhəd məsələsini həll etmək üçün sərhədə gəlmələrini istədi. Şahzadənin göndərdiyi heyyət Tiflisdə öncə tərəddüdlə qarşılandı. Bu üzdən də bir neçə həftə heç bir rəsmi şəxslə görüşmədən gözləmək məcburiyətində qaldı. Şahzadə Rusiyanın bu şəkildə davranacağını əvvəlcədən təxmin etmişdi. Lakin heyyətə tapşırıq vermişdi ki, görüşməkdə israrlı olsun. Nəhayət Qafqazın hakimi görüşə izn vermişdi. Abbas Mirzə Rus rəsmilərinin sınıra gəldiyini duyduğunda öz rəsmilərini də Bağir Xanın başçılığı altında görüş üçün görəvləndirdi. Bağır Xan o zaman Azərbaycanda nizam-intizamdan sorumlu olan bir vəzifə başında idi. Şahzadə ona çox güvənirdi. O da ömrünün sonuna qədər Şahzadənin bu inamını doğrultdu. Özəlliklə Rus rəsmilərinin təhlükəsizliyinə Abbas Mirzə çox önəm verirdi. Çünkü Abbas Mirzəni sevməyən hər hansı bir xanın təxribatı iki ölkə arasındaki müharibəni tezləşdirə bilərdi. Bu səbəbdən özü də müzakirələrin gedəcəyi yerə yaxın olmaq istəyirdi. Şübhə oyandırmasın deyə Qaradağa ova çıxmağı bəhanə edib və müzakirələrin getdiyi Xudafərinə yaxınlaşdı. Müzakirələrdən sonra Rus heyyətinə öz hörmətini bildirmək istəyilə ilə Şahzadə onları şikara dəvət etdi. Abbas Mirzə Qarabağın hakimi General Mədədovu da şikara dəvət etmişdi. Özəl həyatında çox qənaətcil olan Şahzadə yabancı müsafirlərinə çox əliaçıq davranırdı. Abbas Mirzə bütün Rus heyyəti üzvlərinə hədiyələr bağışladı. Rus heyəti Abbas Mirzəni daha güclü sanırdı və onun bu şəkildə barışdan yana olacağına inanmırdılar. Abbas Mirzənin sülh uğrunda Rus qonaqlarına etdiyi bu xidmətlər Tehran tərəfindən yaxşı qarşılanmırdı. Bu müzakirələrdə Tehrandan gəlmiş və müşahidəçilik vəzifəsini yerinə yetirən heyyət ən çox Abbas Mirzənin rəqibləri cərgəsindən idi. İntriqaçılardan ibarət olan bu heyyət üzvləri Fətəli Şaha şayiə dolu məlumatlarr göndərdilər. 

Abbas Mirzə artıq müharibənin qapıda olduğunu görürdü. Lakin din xadimlərinin ordunun içində çığırbağır salaraq cəhad çağrılarında bulunmaları onu çox rahatsız edirdi. Çünkü bu tür davranış Azərbaycan ordusunun nizam-intizamını pozurdu. Abbas Mirzə öz əsgərlərinə və onların təlim səviyəsinə din xadimlərindən daha çox inanırdı. Şahzadəyə görə din xadimlərinin bu cür təbliğatları orduda heç bir ruh yüksəkliyi yarada bilmir, tərsinə ordunun nizam-intizamını pozurdu.. Şahzadə din xadimlərinin söylədikləri bu boş sözlərin düşmənin teknoloji üstünlüyünə qarşı təsirsiz olacağına inanırdı. Bu səbəbdən də Avropalı bir hərbi mütəxsis onun üçün ölkə mollalarının hamısından dəyərli, önəmli idi. Digər tərəfdən, Şahın Azərbaycan ordusuna müdaxilə etməsi Abbas Mirzəni çox incidirdi. Şah, Abbas Mirzəyə qarşı açıq şəkildə düşmənlik edən oğulları; Şeyx-ül Müluk Mirzə və İsmayıl Mirzəni Azərbaycan ordusunun yardımına göndərdi. Abbas Mirzə bilirdi ki, onlar ona nəzarət etmək məqsədi ilə göndərilmişlər. Abbas Mirzə bilirdi ki, uzun müddət sarayda ona qarşı edilən intriqalar və fitnələr artıq öz nəticəsini verməkdə idi. Onlar  Abbas Mirzənin ordusunun savaş qabiliyətini düşürür və ümumi bir inzibatsızlıq yaratmaqdaydılar. Şah, ölkənin bütün ordularını sınıra yerləşdirib sonra da özü Ərdəbildə savaşın gedişinə nəzarət etmək istəyirdi. Rusların zülmündən bezmiş işğal edilmiş torpaqların sakinləri öz keçmiş xanlarını gördüklərində sevinir və onları qardaşları kimi bağırlarına basırdılar. Yalnız bu insanların ruslara qarşı hərəkətlənməsi sərhəd bölgələrində sayları az olan rus ordusunun fərarına səbəb olurdu. Sərhəd postlar rus əsgərlərindən bu şəkildə boşalmışdı. Lakin bunlar çox rahat əldə edilən cüzi zəfərlər idi. Bu xəbərləri eşidən bir çox xanlarda və Şahda böyük zəfər umudu yaranırdı. Lakin Abbas Mirzə çox narahat  idi. Çünkü O bilirdi ki, bu zəfərlər savaşsız əldə edilmişdir. Rus ordusunun teknoloji üstünlüyündən xəbərdar idi. Şahzadə savaşın zamansız başlanmasından rahatsız idi. Bu savaş onu zəfərə götürəcək savaşa bənzəmirdi. Çünkü onun orduda və Azərbaycanın iqtisadi həyatında gerçəkləşdirmək istədiyi islahatlar yarımçıq qalmış, nəticəyə nail olunmamışdı.. Abbas Mirzənin iki oğlu Cahangir Mirzə və Bəhram Mirzə də öz alayları ilə bu savaşa qatılacaqdılar. Ruslar özlərini toparlayıb və böyük bir hücuma başladılar. Rusların bu hücumundan hər kəs zərər gördü. Ruslar Araz çayını keçmək istəyirdi, lakin qarşısında Azərbaycan ordusunu görüb güclü  müqavimətləə rastlaşdılar. Bu arada rusların dəqiq top atəşləri Azərbaycan ordusuna və digər alaylara ağır ziyan verdi. Rusların ən önəmli gücləri Arazın üç ağaclığında yerləşən Kərsi adında bir yerdə idi. Rusların iki alayı iyul ayında kəşfiyat karakterli əməliyata başladı. Onlar bütün Qarabağda partizan müharibəsi edən dəstələrlə qarşılaşacaqlarını sanırdılar, lakin qarşılarında Azərbaycan ordusunu gördülər. Azərbaycan ordusu olduğunu da topların səsindən anladılar. Bu şəkildə səliqəli top savaşı və intizamlı ordu bütün Qacariyədə Azərbaycan ordusuna məxsus idi. Bunlar Abbas Mirzənin ordudaki islahatlarının və modernləşdirmə siyasətinin məhsulu idi.. Azərbaycan ordusunun topxanası düşmənin rabitə sistemini pozdu və arxadan gələn yardımı əngəllədi. Azərbaycan topxanası düşmənin arxa cəbhəsindəki hədəflərini atəş altına aldı. Bu da rus piyadələri ilə savaşda üstünlüyün Azərbaycan ordusunda olmasını təmin edirdi. Digər şahzadələr də Fətəli Şahın dirək komandanlığı altında müxtəlif yerlərdə savaşa başlamışdılar. O günkü savaşda Azərbaycan ordusu irəliləməyə başladı. Abbas Mirzə əmr etmişdi ki, əsirlərlə pis davranılmasın. Lakin bir neçə Azərbaycan ordusu mənsubları həyəcana qapılıb rusların başını kəsdilər. Abbas Mirzə qəti şəkildə bildirdi ki, bundan sonra kim əsir başı kəsəcək olsa güllələnəcəkdir. Eyni gün min rus əsgəri əsir alındı. Bu savaş uzun sürmədi. Çünkü rus birlikləri də bu tərəflərdə az idi. Bu ərazilər rahat ələ keçirildi. Abbas Mirzənin oğulları da ilk dəfə döyüşdə iştirak edirdilər.. Buna görə də sevinirdi. Çünkü onları hər zaman savaşçı olaraq görmək istəmişdi. Eyni gün bir çapar sürətlə Ərdəbilə gəldi və Azərbaycan ordusunun irəliləməsi haqda Şaha məlumat verdi. Abbas Mirzə rusların buraxıb qaçdıqları iki qəbzə topu gördüyündə çox sevinmişdı. Mükəmməl imkanı olan bu topların ağzını düşmənə tərəf çevirdilər. 

Xəbər xətti