Azərbaycanda hər 1000 kişiyə düşən qadınların sayı azalıb

Azərbaycanda hər 1000 nəfər kişiyə düşən qadınların sayı azalıb.Trend Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirir ki, 2014-cü ildə (əhalinin sayı 9 477,1 min) hər 1000 nəfər kişiyə 1 011, 2015-ci ildə (əhalinin sayı 9 593,0) 1 009, 2016-cı ildə (əhalinin sayı 9 705,6 nəfər) 1 007 qadın düşüb.
Ölkədə yaşı 25-dək olan olan hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1000-dən az olsa da, 25 yaşdan sonra bu vəziyyət dəyişir və hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1000-i ötür.
Statistik məlumatlardan məlum olur ki, son 3 ildə hər 1000 nəfər kişiyə düşən qadınların sayının azalması halları əsasən, 15-29 yaş arasında olan kişilər arasında təsadüf olunur. 2014-cü ildə 15-19 yaşlı hər 1000 kişiyə 913, 2015-ci ildə 905, 2016-cı ildə 898 qadın düşüb.

20-24 yaş arasında hər 1000 nəfər kişiyə düşən qadınların sayı 2014-cü ildə 976 nəfər, 2015-ci ildə 957 nəfər, 2016-cı ildə 940 nəfər olub.

25-29 yaş arasında hər 1000 nəfər kişiyə düşən qadınların sayı 2014-cü ildə 1 023 nəfər, 2015-ci ildə 1 021 nəfər, 2016-cı ildə 1 016 nəfər olub.

Tarix
20 İyul 2016 [13:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-07-20 13:32:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin