"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxır

12:45 - 20 İyul 2016 - İDMAN

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir. Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti matçına çıxacaq.
Ağdam təmsilçisi Lüksemburqda "Düdelanj"lın qonağı olacaq. Bakıda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə çox yaxındır. Bunun üçün Qurban Qurbanovun komandasını hətta bir top fərqi ilə məğlubiyyət də qane edəcək.
Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürcək və klubumun "youtube" kanalı vasitəsi ilə canlı yayımlanacaq.qol.az

20 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu

20:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) 
İlk oyun - 0:2
Baş hakim: Kevin Klansi idarə edəcək. 
Köməkçi hakimlər: Stevenson Styuart və Karr Sin  
Dördüncü hakim: Robertson Donald (hamısı Şotlandiya)
"Jos Nosbaum" stadionu.

Xəbər xətti