Minsk qrupu həmsədrlərinin Türkiyədə görüşü təxirə salınıb

11:43 - 20 İyul 2016 - Xəbər

 ATƏT-in Minsk qrupu həmsədrlərinin Türkiyədə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçirilməli olan görüşü təxirə salınıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.
"Hazırda növbəti görüşün vaxtı üzərində işləyirik", - deyə, o bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyulun 18-də Ankaraya səfər edəcəyini və Türkiyə tərəfini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandıracağını söyləmişdi.

Xəbər xətti