Fransanın cənubunda naməlum şəxs hoteli ələ keçirib

18:10 - 19 İyul 2016 - DÜNYA

 Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları Provans regionunun Bollen kommunasındakı "Formula 1" hotelini mühasirəyə alıb."Report" "Life" portalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hoteli bıçaqlı, bəlkə də odlu silahlı şəxs ələ keçirib.Hazırda həmin şəxs hotelin içərisindədir. Mehmanxana ətrafında polis təhlükəsizlik çevrəsi yaradıb.
Naməlum şəxsin addımının motivləri məlum deyil.

Xəbər xətti