"Polat Alemdar" Ərdoğanın evinin qarşısında -FOTOLAR

16:21 - 19 İyul 2016 - Xəbər

 Türkiyədəki qaranlıq proseslərdən bəhs edərək məşhurlaşan “Kurtlar Vadisi” serialında baş rolu (Poalt Alemdar) ifa edən aktyor Necati Şaşmaz ölkədəki son hadisələrə münasibət bildirib. Lent.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, dünən gecə saatlarında prezident Rəcəb Tayyip Ərdoğanın evinin qarşısına gələn aktyor hərbi çevriliş cəhdini pisləyib. Əraziyə cəmləşmiş insanlarla fotolar çəkdirib, fikir mübadiləsi aparan Necati Şaşmaz ölkədə demokratik mühitin qorunması üçün hamının çalışmalı olduğunu deyib: "Müstəqilliyimizi qoruyuruq. Dostlar lazım olan sözləri deyir. Mən də prezidentin çıxışını dinlədim. Hamı demokratiyanın keşiyində durmalıdır”.

Xəbər xətti